Son dəqiqə

Silahlı Qüvvələr İordaniya Yaxın Şərq Hava hücumundan müdafiə Regional Təhlükəsizlik pilotsuz uçuş aparatı Hava məkanı

İordaniya hava məkanında dörd pilotsuz uçuş aparatını vurub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İordaniya Silahlı Qüvvələri son 24 saat ərzində ölkənin hava məkanına daxil olan dörd pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin yaydığı rəsmi bəyanatda bildirilir ki, hava hücumundan müdafiə vasitələri ölkənin hava məkanını pozan dörd pilotsuz uçuş aparatını vaxtında aşkar edərək məhv edib.

Rəsmi məlumata əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Həmçinin hər hansı maddi ziyanın qeydə alınmadığı vurğulanıb.

İordaniya son günlər Yaxın Şərqdə artan hərbi gərginlik fonunda hava məkanının təhlükəsizliyini gücləndirib. Rəsmi Əmman ölkənin milli təhlükəsizliyini təhdid edən istənilən hava hədəfinə qarşı dərhal tədbir görüləcəyini bəyan edir.

Son hadisə regionda raket və pilotsuz uçuş aparatlarının istifadəsinin artdığı bir dövrdə baş verib və bölgədə təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib.

Mövzuya görə xəbərlər