Son dəqiqə

İran ABŞ Oman Hörmüz boğazı dəniz nəqliyyatı Blokada İran ərazi suları

İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi son 24 saat ərzində Hörmüz boğazından səkkiz gəminin keçdiyini iddia edib.

TurkicWorld xəbər verir ki, agentliyin yaydığı məlumata görə, həmin gəmilərdən yeddisi İranın ərazi sularından keçib.

Tasnim bildirib ki, bu gəmilər arasında kommersiya və qeyri-kommersiya təyinatlı gəmilər bərabər sayda olub.

Məlumata əsasən, son 24 saat ərzində Hörmüz boğazından keçən gəmilərdən heç biri Omanın ərazi sularından istifadə etməyib.blokada

Agentlik həmçinin iddia edib ki, dəniz keçidlərinin yarısı İran bayrağı altında üzən gəmələrin payına düşüb.

Tasnim bu məlumatı ABŞ qüvvələrinin İran limanlarına daxil olan və oradan çıxan gəmilərin qarşısını aldıqlarını bildirdiyi bir vaxtda yayıb.

ABŞ tərəfi Tasnim-in açıqladığı rəqəmlərə münasibət bildirməyib və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər