Son dəqiqə

İran ABŞ Küveyt Hava hücumundan müdafiə pilotsuz uçuş aparatı Hava məkanı Körfəz regionu

Küveyt hava məkanında “düşmən hava hədəfləri” ilə mübarizə aparıldığını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında naməlum “düşmən hava hədəfləri” ilə mübarizə apardığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Küveyt ordusu sosial şəbəkə hesabında yayımladığı açıqlamada hazırda ölkənin hava məkanında qeydə alınan təhlükəli obyektlərə qarşı tədbirlər görüldüyünü bildirib.

Açıqlamada hədəflərin xarakteri və onların hansı istiqamətdən gəldiyi barədə əlavə məlumat verilməyib.

Küveytin hava hücumundan müdafiə sistemləri regionda artan hərbi gərginlik fonunda yüksək hazırlıq vəziyyətindədir.

Son günlər İran və ABŞ arasında davam edən qarşıdurma fonunda Körfəz ölkələri raket və pilotsuz uçuş aparatları ilə bağlı təhlükələrə qarşı müdafiə tədbirlərini gücləndirib.

Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İordaniya da daha əvvəl mümkün hava hücumları ilə bağlı təhlükəsizlik tədbirləri görüb.

Küveyt hökumətinin son açıqlaması Körfəz regionunda gərginliyin artdığı bir vaxtda yayılıb.

Mövzuya görə xəbərlər