BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Yaxın Şərqdə mobil şəbəkələrə müdaxilə edərək ABŞ hərbi və müqavilə əsasında çalışan personalının yerlərini izlədiyi bildirilib. Hadisə ABŞ qanunvericilərini ciddi narahat edib.
TurkicWorld xəbər verir ki, Londonun “Financial Times” qəzeti “Mobile Surveillance Monitor” tədqiqat layihəsinin məlumatlarına istinadən İranın regiondakı mobil şəbəkələr vasitəsilə ABŞ personalının mövqelərini izlədiyini yazıb.
Qəzetin məlumatına görə, ABŞ qanuvericiləri roaming sistemləri və smartfon reklam texnologiyasının hərbi heyəti kiberhücumlara həssas vəziyyətə qoyduğunu bildirərək xəbərdarlıq ediblər.
FT-ə danışan mənbə bildirib ki, Körfəz regionunda İran və ya onun müttəfiqləri yerli mobil operatorlarla roaming razılaşmalarından istifadə edərək ABŞ personalının yerini müəyyən etməyə çalışıblar.
Anonim ABŞ rəsmisi məlumat verib ki, İranla əlaqəli aktorlar kommersiya məqsədli reklam məlumat bazalarını istifadə edərək Şimali İraqdakı yarı-müstəqil kürd bölgəsində mobil telefonları izləyiblər.
Kibertəhlükəsizlik üzrə ekspert, “Citizen Lab” təşkilatının aparıcı tədqiqatçısı Qari Miller bildirib: “İranın real vaxt rejimində, fasiləsiz olaraq istifadəçilərin yerlərini əldə etmək imkanları var. Mənə çox təəccüblü olmaz ki, İran SS7 protokolu və ya regiondakı mobil şəbəkə infrastrukturu vasitəsilə ABŞ istifadəçilərini izləməsin.”
Məlumata görə, İranın bu fəaliyyətləri ABŞ və müttəfiqləri üçün ciddi kiber təhlükəsizlik narahatlığı yaradıb.







