Son dəqiqə

tanker yanğın partlayış Oman Dəniz təhlükəsizliyi Ərəb dənizi Gəmiçilik Stolt Magnesium

Oman sahillərində neft tankeri partlayış nəticəsində zədələnib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman sahilləri yaxınlığında hərəkət edən “Stolt Magnesium” tankerində naməlum xarici qurğunun partlaması nəticəsində yanğın baş verib. Hadisə Ərəb dənizində qeydə alınıb.

TurkicWorld xəbər verir ki, gəminin idarəedici şirkəti “Stolt Tankers”in açıqlamasına əsasən, hadisə bazar ertəsi günü Qrinviç vaxtı ilə saat 20:40-da baş verib.

Şirkətin məlumatına görə, partlayış nəticəsində tankerin mühərrik bölməsində yanğın başlayıb. Gəmidə olan bütün dənizçilərin təhlükəsiz olduğu və onların vəziyyətinin nəzarətdə olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ekipaj üzvləri yanğının söndürülməsi istiqamətində tədbirlərə başlayıblar.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu daha əvvəl Oman sahillərində insident barədə məlumat yayıb. Hadisənin Omanın Qəlhat şəhərindən 40 dəniz mili şimal-şərqdə baş verdiyi bildirilib.

Gəmi izləmə məlumatlarına əsasən, həmin ərazi “Stolt Magnesium” tankerinin hərəkət etdiyi marşruta uyğun gəlir.

Hadisə Ərəb dənizi və Oman körfəzi ətrafında dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.

Mövzuya görə xəbərlər