Son dəqiqə

İsrail İordan çayının qərb sahili Məskunlaşanlar Jurnalistlər Sincil İsrail polisi Məsafir Yətta

İşğal altındakı İordan çayının qərb sahilində jurnalistlərə hücum iddiası araşdırılır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İşğal altındakı İordan çayının qərb sahilinin Sincil qəsəbəsində televiziya kanalının çəkiliş qrupunun olduğu avtomobilə hücum etməkdə şübhəli bilinən dörd israilli məskunlaşan saxlanılıb. Bu barədə İsrail polisi məlumat yayıb.

TurkicWorld xəbər verir ki, polis əməkdaşları hadisə yerinə çəkiliş qrupunun avtomobilinin qarşısının kəsilməsi və nəqliyyat vasitəsinə ziyan vurulması barədə daxil olan məlumat əsasında göndərilib. Hadisə yerində dörd nəfər saxlanılıb və onların istifadə etdikləri avtomobil polis tərəfindən götürülüb.

İsrail polisinin məlumatına görə, saxlanılan şəxslərin avtomobilinə baxış zamanı dəyənəklər və bıçaq aşkarlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məlumata əsasən, gün ərzində işğal altındakı İordan çayının qərb sahilində başqa hücumlar da qeydə alınıb. Əl-Məsudiyyə bölgəsində bir təsərrüfat dağıdılıb, Məsafir Yəttada isə dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Mövzuya görə xəbərlər