Son dəqiqə

Jurnalistlər

Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir

Bakı. TurkicWorld:

Jurnalistlərə qarşı tanınmış şəxslərin və hüquq-mühafizə orqanlarının adından istifadə edilərək kiberdələduzluq cəhdləri edilir.

TurkicWorld-un məlumatına görə, dələduzlar əvvəlcə tanınmış şəxsin adından jurnalistlərə mesaj yazaraq onlara guya Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyini bildirirlər.

Daha sonra jurnalistlə əlaqə saxlayan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.

Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluq sxemidir və jurnalistlər saxta zənglərə inanmamalıdır.

Belə mesaj alan şəxslərə dərhal əlaqəni kəsmək və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.

Mövzuya görə xəbərlər