Son dəqiqə

Jurnalistlər

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.

Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.

Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.

Mövzuya görə xəbərlər