BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Hizbullah yenilənmiş atəşkəs rejimini pozmağa davam edir və bu hərəkətlər “qəbuledilməzdir”.
TurkicWorld xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, ötən gecə İranın dəstəklədiyi qrup Livan ərazisindən İsrail yaşayış məntəqələrinə qarşı çoxsaylı raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirib.
İsrail tərəfi bu hücumları atəşkəs öhdəliklərinin pozulması kimi qiymətləndirir və sərhəddə təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirir. Eyni zamanda, Livan və beynəlxalq mənbələr İsrail ordusunu da atəşkəsin qüvvədə olduğu dövrdə Livan ərazisinə müntəzəm hava və artilleriya zərbələri endirməkdə ittiham edir. Son aylarda Livanın cənubunda mülki şəxslər, tibb işçiləri, jurnalistlər və səhiyyə obyektləri arasında itkilərin artdığı bildirilib.
Mövcud vəziyyət İsrail–Livan sərhədində gərginliyin azalmadığını və tərəflərin qarşılıqlı şəkildə bir-birini atəşkəsi pozmaqda günahlandırdığını göstərir.







