Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq təhlükəsizlik ABŞ-İran münasibətləri Regional gərginlik Əli Xamenei

İran məni öldürsə, cavab üçün göstərişlər vermişəm - Tramp

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olacağı təqdirdə cavab tədbirləri ilə bağlı əvvəlcədən göstərişlər verdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp “New York Post”a açıqlamasında İranın uzun müddətdir onu hədəf aldığını iddia edib.

ABŞ lideri bildirib ki, İranın Ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində onun öldürülməsinə çağırış edən plakatların nümayiş etdirilməsi bu narahatlıqları artırıb.

“Əgər mənim başıma hər hansı hadisə gəlsə, onlara misli görünməmiş səviyyədə zərbə endirilməsi ilə bağlı göstərişlər vermişəm”, – deyə Tramp bildirib.

O, Tehranın illərdir onun ölümünü istədiyini iddia edib və bu məsələdə təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin davam etdiyi və diplomatik danışıqların bərpası istiqamətində səylərin göstərildiyi bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər