BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailə məxsus dron hücumunun Qəzza zolağının şimalında yerləşən Kamal Advan Xəstəxanasının həyətini vurduğu və nəticədə bir neçə nəfərin yaralandığı bildirilir.
TurkicWorld xəbər verir ki, Qəzzanın təcili yardım xidmətlərindəki mənbələr “Əl-Cəzirə” telekanalına açıqlamasında hücumun Beyt Lahiyə bölgəsində yerləşən xəstəxananın ərazisinə həyata keçirildiyini bildirib.
Məlumata görə, zərbə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə ilə bağlı ölənlərin olub-olmaması və yaralananların dəqiq sayı barədə əlavə məlumat verilməyib.
Kamal Advan Xəstəxanası Qəzzada davam edən qarşıdurmalar zamanı dəfələrlə hücumların və gərginliyin mərkəzində olub.
Hücumla bağlı İsrail tərəfi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.







