Son dəqiqə

İran ABŞ Yaxın Şərq hərbi gərginlik Diplomatiya Danışıqlar

ABŞ və İran arasında etimadsızlıq danışıqların qarşısında əsas maneədir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hərbi analitik Aleks Əlfirraz Şirs ABŞ və İran arasında mümkün danışıqların bərpasının qarşısında əsas problemin dərin etimadsızlıq olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, ekspert “Əl-Cəzirə” telekanalına açıqlamasında ABŞ və İran arasında danışıqların yenidən başlaya biləcəyini, lakin mövcud şəraitdə bu prosesin ciddi nəticə verməsinin çətin olduğunu deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə aparılacaq danışıqlar daha çox simvolik xarakter daşıya bilər, çünki tərəflər arasında etimadın və qarşılıqlı inamın bərpası üçün real addımlar atılmayıb.

Əlfirraz Şirs qeyd edib ki, danışıqlar prosesləri zamanı iki dəfə ABŞ və İsrail tərəfindən İrana qarşı hücumlar həyata keçirilib və ölkəyə ciddi zərər vurulub.

Ekspert bildirib ki, İran hakimiyyətinin ABŞ-a qarşı mənfi münasibəti uzun illər ərzində formalaşıb və böyük ölçüdə qarşılıqlı etimadsızlıqdan qaynaqlanır.

Onun fikrincə, İranda əsas müzakirə mövzularından biri Vaşinqtona etibar edib-etməməyin mümkün olub-olmamasıdır.

Mövzuya görə xəbərlər