BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə imkanlarının aradan qaldırılmasıdır və bunun üçün razılaşmanın əldə olunması mütləq şərt olmaya bilər.
TurkicWorld xəbər verir ki, Tramp İranla bağlı ABŞ-ın hədəflərindən danışarkən əsas məqsədin “İranın nüvəsizləşdirilməsi” olduğunu deyib. O, İranın danışıqlar qrupundan narazılığını ifadə edərək, qapalı görüşlərdə müzakirə olunan məsələlərlə bağlı Tehranın yalan danışdığını iddia edib.
ABŞ Prezidenti bildirib ki, razılaşmanın əldə olunub-olunmayacağı hələ məlum deyil. Onun sözlərinə görə, Vaşinqton məqsədinə razılaşma olmadan da nail ola bilər.
Tramp bu yanaşmanın necə həyata keçiriləcəyi barədə əlavə təfərrüat açıqlamayıb. Onun sözləri ABŞ ilə İran arasında gərginliyin daha da artdığı bir vaxtda səslənib.






