Son dəqiqə

İsrail Suriya Livan Raket hücumu Nəbatiyyə əl-Fövqa Yusif Şamun adına Dövlət Məktəbi Mülki Müdafiə Xidməti

İsrailin Livanın cənubuna raket hücumu nəticəsində dörd nəfər ölüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Livanın cənubunda yerləşən Nəbatiyyə əl-Fövqa qəsəbəsində avtomobili hədəfə alan raket hücumu nəticəsində dörd nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, həlak olanlar arasında Yusif Şamun adına Dövlət Məktəbinin direktoru, onun anası, xarici ölkə vətəndaşı olan ev işçisi və bir Suriya vətəndaşı var.

Bildirilib ki, onlar ailəyə məxsus evi yoxlamaq üçün əraziyə gedərkən Dar əl-Müəllimin yaxınlığında avtomobilləri raketlə vurulub.

Hadisədən sonra Livan Qırmızı Xaç Cəmiyyətinin və Mülki Müdafiə Xidmətinin xilasediciləri cəsədləri Nəbatiyyə şəhərindəki xəstəxanalara çatdırıblar. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Mövzuya görə xəbərlər