Son dəqiqə

İsrail Qəzza Blokada Fələstinlilər Müharibə Qəzzanın İdarə olunması üzrə Milli Komitə Fövqəladə Hallar Komitəsi

Qəzzada Fövqəladə Hallar Komitəsi fəaliyyətini dayandıracağını açıqladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzada fəaliyyət göstərən Fövqəladə Hallar Komitəsi rəhbərliyinin istefa verdiyini və idarəetməni tam şəkildə Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə təhvil verməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, komitə bu qərarın Qəzza əhalisinin ali maraqları naminə qəbul edildiyini bildirib. Açıqlamada davam edən müharibə, bölgəyə tətbiq olunan blokada, bərpa işlərinin gecikməsi və İsrailin ərazidən çıxmaqdan imtina etməsinin qərarın əsas səbəbləri olduğu vurğulanıb.

Komitə qeyd edib ki, səlahiyyətlərin ötürülməsi üçün bütün hazırlıq işləri artıq başa çatdırılıb. Eyni zamanda vasitəçilərə çağırış edilərək Qəzzanın İdarə Olunması üzrə Milli Komitənin mümkün qədər tez bölgəyə daxil olmasına və fəaliyyətə başlamasına dəstək göstərilməsi istənilib.

Bəyanatda bildirilib ki, yeni idarəetmə mexanizminin fəaliyyətə başlaması Qəzza əhalisinin dözümlülüyünün artırılmasına və münaqişənin vurduğu ağır nəticələrin aradan qaldırılmasına töhfə verə bilər.

Mövzuya görə xəbərlər