BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ hökuməti ölkənin müstəqilliyinin 250-ci ildönümü qeyd olunarkən yeni maliyyə proqramına start verib.
TurkicWorld xəbər verir ki, “Tramp Hesabları” adlı proqram şənbə günündən etibarən rəsmi olaraq tətbiq olunmağa başlayacaq.
Proqram çərçivəsində 2025–2028-ci illər arasında doğulan ABŞ vətəndaşlarına dövlət tərəfindən 1000 dollar məbləğində investisiya hesabı açılacaq.
Məlumata görə, ailələr bu hesablara əlavə vəsait yatırmaqla uşaqların gələcək maliyyə imkanlarını artırmaq imkanı əldə edəcək.
Proqramın əsas məqsədi erkən yaşdan investisiya mədəniyyətini formalaşdırmaq və maliyyə savadlılığını gücləndirməkdir.
Rəsmi açıqlamalarda bu təşəbbüsün ABŞ-da uzunmüddətli iqtisadi davranış vərdişlərinə təsir edəcəyi bildirilir.
ABŞ-da 250-ci ildönüm tədbirləri çərçivəsində müxtəlif ictimai və dövlət proqramlarının da keçiriləcəyi qeyd olunur.







