Son dəqiqə

Birləşmiş Ərəb Əmirlikləri Qətər Doha Hörmüz boğazı Həməd limanı Cəbəl Əli limanı

Hörmüz boğazındakı məhdudiyyət bəzi körfəz limanlarının fəaliyyətini artırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazında gəmi hərəkətinin demək olar ki, dayanması bölgədə nəqliyyat və ticarət marşrutlarını dəyişdirib. Nəticədə bəzi körfəz limanlarında yük dövriyyəsi artıb.

TurkicWorld xəbər verir ki, Hörmüz boğazındakı vəziyyət ərzaq, yanacaq, gübrə və müxtəlif sənaye sahələrinin təchizatına təsir göstərsə də, yük daşımalarının bir hissəsi alternativ limanlara yönəldilib.

Məlumata görə, Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Həməd limanında gəmi hərəkəti normal qaydada davam edir. Rəsmilər limanın Hörmüz böhranı dövründə fəaliyyətinin dayanmadığını bildirirlər.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Cəbəl Əli və Xor Fəkkan limanları, eləcə də Omandakı Suhar limanı istiqaməti dəyişdirilən yük axınını qəbul edərək fəaliyyətlərini genişləndiriblər.

Müşahidəçilər hesab edirlər ki, Hörmüz boğazındakı məhdudiyyətlər körfəz regionunda alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırıb.

Mövzuya görə xəbərlər