Son dəqiqə

ABŞ xam neft Enerji təhlükəsizliyi Neft Bazarı strateji neft ehtiyatları Enerji İnformasiyası Administrasiyası

ABŞ-ın strateji neft ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə enib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin strateji neft ehtiyatlarında saxlanılan xam neftin həcmi son 40 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb.

TurkicWorld xəbər verir ki, Enerji İnformasiyası Administrasiyasının məlumatına əsasən, iyunun 26-da başa çatan həftə ərzində enerji şirkətləri ehtiyatlardan 5,5 milyon barel xam neft götürüblər.

Nəticədə ABŞ-ın strateji neft ehtiyatlarında qalan xam neftin həcmi 325,7 milyon barelə enib. Bu, 1983-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

ABŞ strateji neft ehtiyatlarını 1975-ci ildə ərəb neft embarqosundan sonra yaradıb. Həmin dövrdə Vaşinqton enerji təhlükəsizliyi sahəsində zəif tərəflərini daha aydın görmüşdü.

Bildirilir ki, ABŞ açıq məlumat təqdim edən ölkələr arasında dünyanın ən böyük strateji neft ehtiyatına malikdir. Bu ehtiyatların maksimum tutumu təxminən 720 milyon barel təşkil edir.

Mövzuya görə xəbərlər