Son dəqiqə

BMT təbii qaz neft Hörmüz boğazı qlobal ticarət BMT-nin Ticarət və İnkişaf üzrə qurumu ərzaq qiymətləri

Hörmüz boğazındakı böhran həssas iqtisadiyyatlara uzunmüddətli təsir göstərə bilər - BMT

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə qurumu Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasına baxmayaraq, böhranın həssas iqtisadiyyatlar üçün uzunmüddətli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, qurumun yeni hesabatında bildirilir ki, Hörmüz boğazının yenidən açılması enerji bazarlarında qısamüddətli rahatlıq yaratsa da, ərzaq və yanacaq qiymətlərinin uzun müddət yüksək qalması riski davam edir.

Hesabatda qeyd olunur ki, təchizat zəncirlərinin tam bərpası vaxt tələb etdiyindən ərzaq və nəqliyyat sistemlərinin əvvəlki vəziyyətinə qayıtması enerji bazarları ilə müqayisədə daha gec baş verəcək.

Qurumun qiymətləndirməsinə görə, strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin 100 gündən artıq ciddi şəkildə pozulması qlobal tədarük zəncirlərinə mənfi təsir göstərib.

Məlumatda vurğulanır ki, dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə biri normal şəraitdə məhz Hörmüz boğazından həyata keçirilir.

Hesabatda xatırladılır ki, ABŞ və İsrailin fevral ayının sonlarında İrana qarşı birgə hücumlarından sonra başlayan müharibə zamanı boğazda gəmiçilik fəaliyyəti faktiki olaraq iflic vəziyyətinə düşmüşdü.

Mövzuya görə xəbərlər