BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yaxın günlərdə Dohada ABŞ rəsmiləri ilə heç bir səviyyədə görüşün nəzərdə tutulmadığını bildirib.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai jurnalistlərə açıqlamasında İran nümayəndə heyətinin proqramında ABŞ tərəfi ilə hər hansı görüşün olmadığını vurğulayıb.
Onun sözlərinə görə, sabah Dohada keçiriləcək müzakirələr yalnız anlaşma memorandumunun müddəalarının icrası ilə bağlı olacaq.
İsmayıl Bəqai qeyd edib ki, danışıqlarda əsas diqqət İrana məxsus məhdudlaşdırılmış maliyyə vəsaitlərinin azad edilməsi ilə bağlı müddəanın Qətər tərəfi ilə müzakirəsinə yönələcək.
Sözçü bir daha vurğulayıb ki, yaxın günlərdə ABŞ nümayəndələri ilə heç bir səviyyədə görüş planlaşdırılmayıb.
Xatırladaq ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü daha əvvəl İrana məxsus 6 milyard dollar həcmində dondurulmuş vəsaitin hələ də Tehrana köçürülmədiyini açıqlamışdı.







