BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında Hörmüz boğazında artan gərginlik neft bazarına təsir göstərib və qiymətlər yüksəlib.
TurkicWorld xəbər verir ki, Brent markalı neft bir barrel üçün 72,03 dollara qalxıb, ABŞ-ın West Texas Intermediate (WTI) nefti isə 44 sent artaraq 69,67 dollara çatıb.
Analitiklər bildirirlər ki, bazarda hələ də risklər qalmaqdadır, lakin iştirakçılar neft tədarükünün bərpasının qlobal balans üçün nə demək olduğunu diqqətdə saxlayırlar. Eyni zamanda, tədarükün yavaş bərpası qiymətlərdə əlavə yüksəliş riskini artırır.
Bu gərginlik, xüsusilə Hörmüz boğazından enerji daşıyıcılarının keçidi ilə bağlı beynəlxalq narahatlıqların yenidən gündəmə gəlməsi fonunda baş verir.







