Son dəqiqə

İsrail Livan Yaxın Şərq Hizbullah Müqavimət Gərginlik silahsızlanma

Hizbullah İsrailin geri çəkilməsinin silahsızlanma ilə şərtləndirilməsini rədd edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullahın Baş katibi Naim Qasım İsrailin Livanın cənubundan çıxarılmasının qruplaşmanın silahsızlanması ilə əlaqələndirilməsinə qarşı çıxıb.

TurkicWorld xəbər verir ki, Naim Qasım bu barədə açıqlamasında belə bir yanaşmanın qəbuledilməz olduğunu bildirib.

O qeyd edib ki, İsrailin geri çəkilməsi ilə “müqavimətin bütün Livan ərazisində silahsızlaşdırılması”nın əlaqələndirilməsi ciddi təhlükə yaradır və bütün “qırmızı xətləri aşan” bir təklifdir.

Mövzuya görə xəbərlər