BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus olduğu iddia edilən 7 nəfəri öldürdüyünü açıqlayıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusu bu barədə Teleqram kanalında məlumat yayıb.
Açıqlamada həmin şəxslərin Livanın cənubunda İsrail hərbçilərinin yaxınlığında silah daşıdıqları iddia olunub.
İsrail ordusunun məlumatına görə, zərbə “təhlükəsizlik bölgəsi” adlandırılan əraziyə yaxın Əl-Mənzələ bölgəsində endirilib. Bildirilib ki, həmin ərazi döyüş və müşahidə məntəqəsi kimi istifadə olunub.
Qeyd edək ki, “təhlükəsizlik bölgəsi” İsrail sərhədindən şimalda, Livanın cənubunda İsrail qüvvələrinin nəzarətində saxladığı ərazi kimi təqdim olunur.







