Son dəqiqə

İsrail Livan Hizbullah atəşkəs Vaşinqton danışıqları hərbi gərginlik Livan cənubu

İsrail ordusu Livanın cənubunda sakinlərə ərazini tərk etməyi tələb edən vərəqələr yayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən Əl-Mənsuri qəsəbəsi üzərində sakinlərə ərazini tərk etməyi tələb edən vərəqələr yayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Livanın dövlət mediası məlumat yayıb.

Məlumata görə, bu, İsrail ilə Hizbullah arasında atəşkəsin qüvvəyə minməsindən sonra bu xarakterli ilk xəbərdarlıqdır.

Əl-Mənsuri qəsəbəsi Livanın cənubunda İsrail hərbçilərinin nəzarətində olan əraziyə yaxın yerləşir.

Atəşkəsin qüvvədə olmasına və Vaşinqtonda danışıqların davam etməsinə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir.

Mövzuya görə xəbərlər