BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsveçrə hökuməti Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra bu ölkəyə xilasedici heyət və xüsusi avadanlıq göndərəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, İsveçrə hökumətinin yaydığı bəyanata əsasən, tərkibində 80 xilasedici, səkkiz axtarış iti və 18 ton xilasedici avadanlıq olan xüsusi qrup mümkün qədər qısa müddətdə Venesuelaya yola salınacaq.
Məlumata görə, komanda dağıntılar altında qalan insanların axtarışı və xilas edilməsi əməliyyatlarında iştirak edəcək.
Televiziya görüntülərində xilasedicilərin güclü texniki avadanlıqlardan istifadə edərək uçmuş binaların qalıqlarında axtarış apardığı əks olunub. Paytaxt Karakasda isə zəlzələdən təşvişə düşən sakinlərin küçələrə axışdığı bildirilib.







