Son dəqiqə

Pakistan Qətər Oman regional sabitlik Diplomatiya şeyx Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ABŞ–İran danışıqları Sultan Haitham

Oman Sultanı Qətər Baş naziri ilə görüşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman Sultanı Haitham bin Tariq Al Said Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş Oman paytaxtı Məsqat ətrafında yerləşən Al Baraka sarayında baş tutub.

Oman dövlət mediasının məlumatına görə, tərəflər ABŞ–İran danışıqlarının gedişini və Pakistan–Qətər vasitəçiliyi ilə aparılan diplomatik səyləri müzakirə ediblər.

Görüşdə regionda müharibənin dayandırılması və böhranın bütün aspektləri üzrə yekun həllin tapılması istiqamətində son vəziyyət dəyərləndirilib.

Sultan Haitham bin Tariq bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər