Son dəqiqə

İran Oman Məhəmməd Baqir Qalibaf Abbas Əraqçi Hörmüz boğazı Diplomatiya

İran və Oman Hörmüz boğazı üzrə müzakirələr aparıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Oman Sultanı Heysəm bin Tariq Al Said ilə Maskatda görüşüblər.

TurkicWorld xəbər verir ki, bu barədə Abbas Əraqçinin “Telegram” hesabında məlumat paylaşılıb.

Məlumata görə, görüşdə Hörmüz boğazının idarə olunması ilə bağlı razılaşmalar və mexanizmlər müzakirə edilib.

Tərəflər bölgədə strateji əhəmiyyət daşıyan dəniz yolunda təhlükəsizlik və koordinasiyanın gücləndirilməsi məsələlərinə diqqət yetiriblər.

Görüşün detalları barədə əlavə rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər