Son dəqiqə

İran İsveçrə Cey Di Vens Diplomatiya ABŞ–İran danışıqları Bürqenştok Amerika Birləşmiş Ştatları

Vens: İran danışıqlarında “yaxşı irəliləyiş” əldə olunub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla aparılan danışıqlarda “çox yaxşı irəliləyiş” əldə edilib və müzakirələr “çox müsbət” keçib.

TurkicWorld xəbər verir ki, Vens bu açıqlamanı İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqlardan sonra verib.

O qeyd edib ki, danışıqların gedişində tərəflər arasında bir sıra mühüm məsələlər üzrə anlaşma istiqamətində irəliləyiş müşahidə olunub.

Vens əlavə edib ki, ABŞ tərəfi diplomatik prosesin davam etdirilməsində və mövcud müzakirə kanallarının açıq saxlanılmasında maraqlıdır.

Məlumata görə, danışıqların əsas mərhələsi artıq başa çatıb, lakin texniki və diplomatik təmasların davam etdirilməsi gözlənilir.

ABŞ rəsmisi prosesin nəticələri ilə bağlı yaxın günlərdə daha geniş məlumat veriləcəyini istisna etməyib.

Mövzuya görə xəbərlər