Son dəqiqə

İran ABŞ ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı Regional Təhlükəsizlik dəniz nəqliyyatı ticarət gəmiləri beynəlxalq su yolu neft daşımaları

ABŞ ordusu: Hörmüz boğazından 55 ticarət gəmisi keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında ticarət gəmiçiliyinin davam etdiyini və gün ərzində 55 ticarət gəmisinin bu marşrutdan keçdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda beynəlxalq su yolunda təhlükəsiz hərəkətin qorunduğu bildirilib.

Məlumata görə, gün ərzində boğazdan keçən 55 ticarət gəmisi dünya bazarlarına böyük həcmdə yük və 17 milyondan çox barel neft daşıyıb.

Bəyanatda qeyd olunub ki, ABŞ ordusu İranla əldə olunmuş razılaşmanın bütün müddəalarına əməl olunmasını təmin etmək məqsədilə bölgədə fəaliyyətini davam etdirir.

ABŞ tərəfi vurğulayıb ki, hərbi qüvvələr vəziyyəti yaxından izləyir və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin qorunmasına nəzarət edir.

Bu açıqlama İranın Hörmüz boğazının bağlandığını bəyan etməsindən qısa müddət sonra səsləndirilib.

Tehran qərarını İsrailin Livandakı əməliyyatları və ABŞ-nin atəşkəslə bağlı öhdəliklərini yerinə yetirmədiyi iddiaları ilə əsaslandırmışdı.

Mövzuya görə xəbərlər