BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Hizbullahın gecə saatlarında Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı 50-dən çox mərmi atdığını iddia edib.
TurkicWorld xəbər verir ki, İsrail hərbi rəsmisinin açıqlamasına görə, hücumların ardınca Livanın cənubundakı Hizbullah mövqelərinə qarşı zərbələr endirilib. İsrail tərəfi hücumları atəşkəsin pozulması kimi qiymətləndirib.
Məlumata görə, İsrail ordusu Hizbullaha məxsus olduğu iddia edilən onlarla hədəfi vurduğunu bildirib.
Açıqlamada raket buraxılış mövqelərinin, silah anbarlarının və komanda mərkəzlərinin hədəfə alındığı qeyd olunub.
Hadisə İsrail və Hizbullah arasında bir gün əvvəl elan olunan atəşkəs fonunda baş verib. Hər iki tərəf atəşkəsə sadiq olduqlarını bildirsələr də, qarşılıqlı ittihamlar davam edir.
Son günlər Livanın cənubunda və Nəbatiyyə bölgəsində baş verən toqquşmalar atəşkəsin davamlılığı ilə bağlı sualları artırıb.







