Son dəqiqə

İsrail Livan Hizbullah atəşkəs hərbi əməliyyatlar Livanın cənubu Nəbatiyyə

Hizbullah atəşkəsə sadiq olduğunu bəyan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullah atəşkəsə sadiq qaldığını bəyan edib və İsrailin Livan ərazilərində mövqelərini genişləndirmək cəhdlərinə qarşı çıxacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, təşkilatın yaydığı bəyanatda İsrail qüvvələrinin ötən gecə Livanın cənubundakı Nəbatiyyə bölgəsi yaxınlığında irəliləməyə cəhd etdiyi bildirilib.

Məlumata görə, Hizbullah həmin istiqamətdə hərəkət edən İsrail hərbçilərinə qarşı əməliyyat həyata keçirdiyini iddia edib.

Təşkilat bəyan edib ki, cümə axşamı axşamından qüvvəyə minən atəşkəsə əməl edib və bunu İsrailin ilk andan etibarən razılaşmanı pozduğu şəraitdə belə davam etdirib.

Hizbullah İsraili son iki gün ərzində atəşkəs rejimini dəfələrlə pozmaqda ittiham edib.

Bəyanatda vurğulanıb ki, təşkilat ayıq-sayıq qalır və mümkün təhlükələrə qarşı cavab verməyə hazırdır.

Hizbullah əlavə edib ki, atəşkəsə əməl etməklə yanaşı, İsrailin Livan torpaqlarını ələ keçirmək və işğal zonasını genişləndirmək cəhdlərinə qarşı durmaqdan çəkinməyəcək.

Mövzuya görə xəbərlər