Son dəqiqə

İsrail Livan Nəbatiyyə Kəfr Sir Kəfr Rumman ər-Reyhan Adşit Məsir Həbbuş

Atəşkəsdən sonra Livanın cənubuna azı 12 İsrail hava zərbəsi endirilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın cənubunda atəşkəsin qüvvəyə minməsindən sonra azı 12 İsrail hava zərbəsinin endirildiyi və artilleriya atəşinin davam etdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, yerli vaxtla saat 16:00-da qüvvəyə mindiyi bildirilən atəşkəsdən dərhal sonra Nəbatiyyə və ətraf bölgələrdə ardıcıl hava hücumları qeydə alınıb. Məlumata görə, Kəfr Rumman, Nəbatiyyə əl-Fövqa, Kəfr Sir, Cəbəl ər-Rafi, ər-Reyhan, Adşit və Məsir Həbbuş yaşayış məntəqələri hücumlara məruz qalıb.

Hücumların bir hissəsi eyni məntəqələri təkrar hədəf alıb. Belə ki, Nəbatiyyə əl-Fövqa və Kəfr Sir istiqamətlərinə bir neçə dəfə hava zərbəsi endirildiyi qeyd olunur.

Bundan əlavə, yerli vaxtla saat 16:48-dən etibarən Nəbatiyyə və ətraf ərazilərdə fasiləsiz artilleriya atəşinin davam etdiyi bildirilir. Hadisə atəşkəsin tətbiqi ilə bağlı xəbərlərin fonunda baş verib.

Mövzuya görə xəbərlər