BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın ali dini lideri Müctəba Xamenei ABŞ–İran razılaşması ilə bağlı əvvəlcə fərqli mövqedə olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, o bu barədə dövlət mediasında yayılan yazılı açıqlamada qeyd edib.
Xamenei bildirib ki, prezidentin verdiyi öhdəlik və məsuliyyət səbəbilə razılaşmaya icazə verib.
Onun sözlərinə görə, İran xalqının hüquqlarının qorunması və “müqavimət cəbhəsi”nin maraqları təmin olunmalıdır.
Açıqlamada qeyd olunub ki, ABŞ tərəfi “tamahkarlıq edərsə”, İran razılaşmanı qəbul etməyə bilər.
Xamenei razılaşmanın icrasının şərtlərə ciddi şəkildə bağlı olduğunu vurğulayıb.
Bu bəyanat Tehran daxilində qərarın konsensus əsasında verildiyini göstərən mesaj kimi qiymətləndirilir.







