İsrail Böyük Britaniya Livan Yaxın Şərq Humanitar böhran Məcburi köçkünlər Ceni Çapman

Böyük Britaniya naziri İsraili Livanın cənubundan çıxmağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Böyük Britaniyanın Beynəlxalq İnkişaf naziri Ceni Çapman İsraili Livanın cənubundan qoşunlarını çıxarmağa çağırıb.

TurkicWorld xəbər verir ki, nazir bu açıqlamanı məcburi köçkünlərin yerləşdirildiyi bir məktəbə səfəri zamanı verib.

O bildirib ki, İsrailin Livanın cənubundan çıxması on minlərlə insanın öz evlərinə qayıtmasına şərait yarada bilər.

Çapman qeyd edib ki, müharibə nəticəsində yaranan köçkünlük ciddi humanitar problemlərə səbəb olur.

Onun sözlərinə görə, insanların təhlükəsiz və uzunmüddətli şəkildə evlərinə qayıtması üçün şərait yaradılmalıdır.

Nazir vurğulayıb ki, sabitlik və təhlükəsizlik regional prioritet olmalıdır.

Mövzuya görə xəbərlər