BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın səhiyyə orqanları İsrail–Hizbullah münaqişəsi nəticəsində ölənlərin sayının 3 826 nəfərə çatdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2 martdan bu yana 11 851 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, ölənlər arasında qadınlar, uşaqlar, tibb işçiləri və ilk yardım xidmətlərinin əməkdaşları da var.
Eyni zamanda qeyd olunur ki, Livanın cənub bölgələrindən 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Rəsmilər bu vəziyyəti ciddi humanitar böhran kimi qiymətləndirirlər və bölgədə təhlükəsizliyin davamlı şəkildə pozulduğunu vurğulayırlar.







