Son dəqiqə

İran ABŞ Birləşmiş Ərəb Əmirlikləri Küveyt Yaxın Şərq regional sabitlik Diplomatiya

Körfəz ölkələri İran-ABŞ razılaşmasını alqışladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri və Küveyt İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirərək bölgədə sabitliyin möhkəmlənməsinə yönəlmiş diplomatik səylərə dəstək ifadə ediblər.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda razılaşmanın bütün müddəalarına tam əməl olunmasının vacibliyini vurğulayıb.

Bəyanatda həmçinin danışıqlar prosesinə töhfə verən diplomatik təşəbbüslər yüksək qiymətləndirilib.

Əmirliklər bölgədə gərginliyin azalmasının və sabitliyin qorunmasının Yaxın Şərqin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Küveyt Xarici İşlər Nazirliyi də razılaşmanı alqışlayaraq münaqişələrin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Rəsmi Küveyt bütün tərəfləri növbəti danışıqlar mərhələsinə müsbət və konstruktiv yanaşma nümayiş etdirməyə çağırıb.

Nazirlik bəyan edib ki, dialoq və qarşılıqlı anlaşma bölgədə davamlı sabitliyin təmin olunmasının əsas vasitələridir.

Hər iki ölkə diplomatik həll yollarının dəstəklənməsinin regional təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm rol oynadığını qeyd edib.

Mövzuya görə xəbərlər