Son dəqiqə

İsrail Livan Beyrut cənubi Livan Zahrani Çayı təxliyə köçürülmə

İsrail Livanın cənubunda bir neçə kənd və qəsəbə üçün yeni köçürülmə əmrləri verdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənub bölgəsində yerləşən bir neçə kənd və qəsəbə üçün məcburi köçürülmə əmrləri verib.

TurkicWorld xəbər verir ki, Qasaniyyə, Zərariyyə, Mazraat Kaoutariyet er-Rizz və Sir əl-Qərbiyə kəndlərinin sakinlərinə əraziləri tərk etmələri tapşırılıb.

Ordu sakinlərə Zahrani çayının şimalına doğru hərəkət etməyi əmr edib və bu addımın təhlükəsizlik məqsədi daşıdığını bildirib.

İsrail tərəfi bölgədə silahlı qrupların fəaliyyət göstərdiyini iddia edərək əməliyyatların davam edəcəyini açıqlayıb.

Daha əvvəl də Livanın cənubunda bir neçə kənd üçün oxşar köçürülmə əmrləri verilmişdi və bölgədə gərginlik qalmaqdadır

Mövzuya görə xəbərlər