BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın yaxınlaşdığı barədə siqnallar verdiyi vaxt açıqlama verib.
TurkicWorld xəbər verir ki, Netanyahu bildirib: “Mən İsrailin baş naziri olduğum müddətdə İran nüvə silahına malik olmayacaq. Prezident Trampla bu məsələdə tam razılıqdayıq.”
İsrail baş naziri əlavə edib ki, əgər onun müdaxiləsi olmasaydı, İran artıq atom bombalarına malik olaraq İsraili məhv edə bilərdi. “Mən İsrailin baş naziri olduğum müddətdə bu baş verməyəcək,” – deyə Netanyahu vurğulayıb.







