Son dəqiqə

Fələstin Qəzza zolağı Qəzza Humanitar böhran hərbi əməliyyatlar yaralananlar Ölənlərin sayı

Qəzzada ölənlərin sayı 72 min 980 nəfərə çatdı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.

TurkicWorld xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin yaydığı son məlumata əsasən, 2023-cü il oktyabrın 7-dən indiyədək bölgədə həlak olanların sayı 72 min 980 nəfərə, yaralananların sayı isə 173 min 171 nəfərə çatıb.

Məlumata görə, son 24 saat ərzində bölgədəki xəstəxanalara 9 nəfərin cəsədi və 43 yaralı gətirilib.

Nazirlik bildirib ki, ötən ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəsdən sonra da hərbi əməliyyatlar nəticəsində itkilər qeydə alınmağa davam edib. Bu müddətdə 970 nəfər həyatını itirib, 3 min 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığı qeyd olunur. Ərzaq, dərman və tibbi ləvazimat çatışmazlığı ilə bağlı problemlərin davam etdiyi bildirilir.

Beynəlxalq təşkilatlar mülki əhalinin qorunması, humanitar yardımın maneəsiz çatdırılması və bölgədə zorakılığın dayandırılması ilə bağlı çağırışlarını davam etdirirlər.

Mövzuya görə xəbərlər