Son dəqiqə

Livan Nəvaf Salam hərbi hücumlar Livan Ordusu Mərcəyun Həlak olan hərbçilər Vissam Sabra Eli Xuri

Livanın Baş nazirindən son hadisə ilə bağlı sərt açıqlama

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda üç hərbçinin həlak olması ilə nəticələnən hücuma sərt reaksiya verib.

TurkicWorld xəbər verir ki, Baş nazir Nəvaf Salam yaydığı bəyanatda hadisəni “ağır cinayət və Livana, eləcə də bütün Livan xalqına qarşı hücum” kimi qiymətləndirib.

Bəyanatda bildirilib ki, hücum nəticəsində briqada generalı Vissam Sabra, kapitan Eli Xuri və əsgər Hüseyn Qozal həyatını itirib.

Nəvaf Salam həlak olan hərbçilərin ailələrinə, yaxınlarına və xidmət yoldaşlarına, həmçinin Livan Ordusunun şəxsi heyətinə dərin hüznlə başsağlığı verib.

Məlumata görə, hadisə bu gün Livanın cənubunda yerləşən Mərcəyun rayonunda baş verib. Hücumun başvermə şəraiti və digər təfərrüatlarla bağlı araşdırmaların davam etdiyi bildirilib.

Son hadisə Livanın cənubunda təhlükəsizlik vəziyyətinin yenidən gərginləşdiyi bir dövrə təsadüf edir.

Mövzuya görə xəbərlər