Son dəqiqə

İsrail Livan hücum Hizbullah atəşkəs Şimali İsrail Naim Qassem Gələcək nəsillər Torpaq uğrunda mübarizə

Hizbullah rəhbəri sərt xəbərdarlıq etdi: Livan bombalandığı müddətcə Şimali İsrail təhlükədə olacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullahın rəhbəri Naim Qassem bildirib ki, Livan əhalisi və kəndləri İsrail ordusunun hücumuna məruz qaldığı müddətcə Şimali İsrail təhlükə altında qalacaq.

TurkicWorld xəbər verir ki, Qassem həmçinin qeyd edib ki, Hizbullahın mövqeyinin hər hansı siyasi razılaşmalarla əlaqələndirilməsinə imkan vermir və atəşkəs və ya İsrailin geri çəkilməsi ilə bağlı hər hansı şərt qəbul etmir.

O bildirib: “Biz torpaqlarımız və xalqımız üçün mübarizə aparırıq, Rəbbimizə itaətkarlığımızdan qaynaqlanan bu mübarizə ilə heç kimin quluna çevrilməyəcəyik və gələcək nəsillərimiz doğma yurdlarında azad yaşaya biləcəklər.”

Mövzuya görə xəbərlər