BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Vaşinqton tərəfindən təşkil edilən Livan və İsrail rəsmiləri arasında davam edən görüşün birgə bəyanat və fəaliyyət planı ilə nəticələnməsini ümid edir.
TurkicWorld xəbər verir ki, görüşlər İsrail və İran dəstəyi ilə fəaliyyət göstərən Hizbullah arasında Livanda davam edən döyüşlərin dayandırılması və uzunmüddətli sülhün təmin edilməsi məqsədilə keçirilir.
Danışıqların son raundu çərşənbə axşamı başlayıb və bu gün yekunlaşması planlaşdırılıb.







