Son dəqiqə

İsrail Litani çayı Regional Təhlükəsizlik Yaxın Şərq siyasəti Livana müdaxilə Böyük İsrail layihəsi Məhəmməd Əl-Masri Qaza nəzarət Netanyahu Ərazi genişlənməsi

İsrailin Livana müdaxiləsi “Böyük İsrail” layihəsi ilə bağlıdırmı?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Livana qarşı son müdaxiləsi bir çox ekspert tərəfindən ölkənin “Böyük İsrail” layihəsi ilə əlaqələndirilir.

TurkicWorld xəbər verir ki, Doha Məktəbi üzrə professor Məhəmməd Əl-Masri bildirib ki, İsrailin əsas strateji hədəflərindən biri ərazi genişlənməsidir. Onun sözlərinə görə, İsrail hazırkı hərbi əməliyyatlarla Livanın cənubuna nəzarəti artırmaq, Litani çayının cənubunu və bəlkə də daha uzaq əraziləri öz layihəsinə daxil etmək niyyətindədir.

Əl-Masri əlavə edib ki, “Böyük İsrail” layihəsi İsrail liderləri tərəfindən tez-tez xatırladılır və mediada müzakirə olunur. O, həmçinin qeyd edib ki, İsrail Qazadakı nəzarətini 53 faizdən 70 faizə yüksəldib, Baş nazir Netanyahunun isə 80 faiz hədəfi göstərdiyi vurğulanır.

Mövzuya görə xəbərlər