Son dəqiqə

İsrail Livan Benyamin Netanyahu Hizbullah Beyrut Livan-İsrail münasibətləri Cozef Aun atəşkəs sülh danışıqları Regional Təhlükəsizlik Yaxın Şərq böhranı

Livanda İsrail–Hizbullah müharibəsinin dayandırılması üzrə danışıqlar davam edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun İsrail ilə Hizbullah arasında müharibənin dayandırılması istiqamətində aparılan danışıqların davam etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Prezident qeyd edib ki, danışıqlar müharibədən daha təhlükəsiz seçimdir və ölkənin qarşısında başqa alternativ yoxdur.

“Danışıqlar istədiyimiz nəticəyə çatmağı ləngidə və ya çətinləşdirə bilər. Lakin proses davam edir və irəliləyiş var”, – deyə Aun vurğulayıb.

Xatırladaq ki, ötən ay İsrail və Livan Hizbullahla əldə edilmiş atəşkəs rejiminin müddətinin daha 45 gün uzadılması barədə razılığa gəliblər. Buna baxmayaraq, İsrail ordusunun Livanın cənub bölgələrinə hücumları davam edir.

Bu gün isə İsrailin Baş naziri Benyamin Netanyahu Beyrutun cənub ətraflarının hədəfə alınması ilə bağlı göstəriş verdiyini açıqlayıb. Bu vəziyyət bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib.

Mövzuya görə xəbərlər