Son dəqiqə

İran ABŞ Qambiya Dəniz təhlükəsizliyi Hörmüz boğazı Regional gərginlik Oman körfəzi Ticarət gəmisi Beynəlxalq Gəmiçilik Lian Star

"Lian Star" gəmisinin taleyi necə olacaq?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında dəniz nəqliyyatı ilə bağlı gərginlik yeni hadisə ilə daha da artıb.

TurkicWorld xəbər verir ki, vəziyyətlə tanış olan ABŞ rəsmisi "Associated Press" agentliyinə açıqlamasında İran limanına doğru hərəkət edən daha bir ticarət gəmisinin dayandırıldığını bildirib.

Məlumata görə, Qambiya bayrağı altında üzən "Lian Star" adlı yük gəmisi ABŞ qüvvələrinin gecə saatlarında etdiyi çoxsaylı xəbərdarlıqlara baxmayaraq marşrutunu dəyişməyib.

Rəsminin sözlərinə görə, gəmi İran limanlarından birinə daxil olmağa cəhd göstərib.

Bildirilib ki, ABŞ hərbi təyyarələri Oman körfəzində həyata keçirdiyi əməliyyat nəticəsində gəmini hərəkətsiz vəziyyətə salıb.

Mənbənin məlumatına əsasən, hazırda gəmi Oman körfəzində idarəetməni itirmiş vəziyyətdə qalır.

ABŞ rəsmisi əlavə edib ki, Amerika qüvvələri gəmiyə çıxmayıb və gəminin göyərtəsində hər hansı əməliyyat həyata keçirilməyib.

Hadisə ABŞ və İran arasında dəniz nəqliyyatı, regional təhlükəsizlik və sanksiyalarla bağlı qarşıdurmanın davam etdiyi bir vaxtda baş verib.

Analitiklər hesab edirlər ki, Oman körfəzi və Hörmüz boğazında baş verən bu cür hadisələr beynəlxalq gəmiçilik marşrutları və enerji bazarları üçün əlavə risklər yaradır.

Mövzuya görə xəbərlər