BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.
TurkicWorld xəbər verir ki, Ağ Evdə keçirilən kabinet iclasından əvvəl çıxış edən Tramp İran rəhbərliyinin razılaşma əldə etmək istədiyini düşündüyünü bildirib.
“Onlar çox istəyirlər ki, razılaşma olsun. Amma hələ ora çatmayıblar. Biz razı deyilik, amma olacağıq. Olacağıq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti açıqlamasında danışıqların yekun nəticəsi ilə bağlı sərt mesaj da verib.
“Ya razılaşma olacaq, ya da işi bitirməli olacağıq”, – Tramp qeyd edib.
Onun açıqlaması ABŞ və İran arasında davam edən diplomatik proses fonunda səsləndirilib. Son günlər tərəflər arasında mümkün razılaşmalar, atəşkəs təşəbbüsləri və regional təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif məlumatlar yayılır.







