BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç bildirib ki, Hizbullah tərəfindən buraxılan hər partlayıcı drona qarşı Livanın paytaxtı Beyrutda 10 bina dağıdılmalıdır.
TurkicWorld xəbər verir ki, Smotriç “Hizbullahın partlayıcı dronlarının yaratdığı təhlükəyə son qoyulmalıdır” deyib və dron təhlükəsinə qarşı texnoloji həllər üçün təxminən 2 milyard şekel (692 milyon dollar) məbləğində xüsusi büdcənin təsdiqləndiyini xatırladıb.
O, əlavə edib ki, strateji təhlükəyə yalnız müdafiə ilə cavab vermək olmaz, qaydaları və balansı dəyişdirmək lazımdır və yalnız düşmənə qarşı ciddi və qeyri-mütənasib cavab bütün cəbhələrdə balansı dəyişə bilər.





