Son dəqiqə

Yaxın Şərq böhranı hava hücumları Qəzza zərbəsi Şeyx Rıdvan bölgəsi İsrail hücumu polis mövqeyi Qəzza təhlükəsizlik vəziyyəti

İsrailin Qəzzanın şimalına zərbəsi: Beş Polis əməkdaşı həlak oldu

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Qəzzanın şimal hissəsinə həyata keçirdiyi yeni hava hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilir. Son hadisə bölgədə davam edən hərbi qarşıdurmalar fonunda təhlükəsizlik vəziyyətinin daha da ağırlaşdığını göstərir.

TurkicWorld xəbər verir ki, Qəzzanın Baş Polis İdarəsinin yaydığı məlumata əsasən, İsrail qüvvələri tərəfindən Qəzzanın şimalında yerləşən Şeyx Rıdvan bölgəsi yaxınlığındakı polis mövqeyinə hava zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində beş polis əməkdaşı həyatını itirib. Hadisə zamanı bir neçə nəfərin də yaralandığı bildirilib.

Tibbi mənbələrin açıqlamasında qeyd olunub ki, zərbə nəticəsində ümumilikdə beş nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bölgədə davam edən hərbi əməliyyatlar səbəbindən humanitar vəziyyətin ağırlaşdığı və mülki infrastrukturun da ciddi təzyiq altında qaldığı bildirilir.

Mövzuya görə xəbərlər