Son dəqiqə

İran ABŞ Yaxın Şərq İran Səhiyyə Nazirliyindən fövqəladə qərar hərbi əməliyyatlar mülki əhali hava hücumları yaralananlar Ölənlər

ABŞ-ın son hücumlarında azı 35 nəfər ölüb - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın bu ay İran ərazisinə endirdiyi hücumlar nəticəsində azı 35 nəfər həyatını itirib, 300 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Açıqlamaya əsasən, ölən və yaralananların əksəriyyəti İranın cənub vilayətlərində qeydə alınıb.

Nazirlik zərərçəkənlərin neçəsinin mülki şəxs, neçəsinin hərbçi olması barədə ətraflı məlumat açıqlamayıb.

Yaralıların vəziyyəti və onların müalicə olunduğu səhiyyə müəssisələri barədə də əlavə məlumat verilməyib.

Son günlər ABŞ qüvvələri İranın cənub və sahilyanı bölgələrində yerləşən bir sıra obyektlərə hava zərbələri endirdiyini açıqlayıb.

Vaşinqton əməliyyatların əsasən hərbi obyektlərə və raket infrastrukturuna qarşı yönəldiyini bildirsə də, İran tərəfi hücumlarda mülki ərazilərin də zərər gördüyünü iddia edir.

ABŞ tərəfi İran Səhiyyə Nazirliyinin açıqladığı itki rəqəmlərinə hələlik münasibət bildirməyib.

Mövzuya görə xəbərlər