BAKI,TurkicWorld Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin ABŞ tərəfindən “yeni müharibə mərhələsinə” sürüklənməyə çalışıldığını bildirib.
TurkicWorld xəbər verir ki, Qalibaf qeyd edib ki, iranlılar əmin olmalıdırlar ki, ölkənin silahlı qüvvələri atəşkəs dövründən istifadə edərək güclərini yenidən bərpa ediblər.
“Düşmənin açıq və gizli hərəkətləri göstərir ki, o, yeni bir müharibə mərhələsi axtarır,” – deyə o, İranın “Tasnim” xəbər agentliyinə açıqlamasında bildirib. Qalibaf əlavə edib: “Biz düşməni İrana yenidən hücum etdiyi üçün peşman edəcəyik.”







